SIĞORTA

“AtaSığorta” 2017-ci ili necə başa vurub? – TƏHLİL
05 YANVAR
235

“AtaSığorta” 2017-ci ili necə başa vurub? – TƏHLİL

2018-01-05 16:23:00

“AtaSığorta” şirkətinin 2017-ci il üzrə nəticələri məlum olub. Sığorta şirkətindən Fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 33% artaraq 12 310 501 manata yüksəlib. Belə ki, 2016-cı ildə sığorta şirkəti 9 288 975 manat sığorta haqqı toplaya bilmişdi.

“AtaSığorta”nın yığımları ilə yanaşı ödənişləri 26% artaraq 4 460 6799 manata çatıb. 2016-cı ildə şirkətin ödəniş xərcləri 3 542 428 manat təşkil etmişdi.

2016-cı ilə nisbətən yığım və ödənişlərin artmasın baxmayaraq “AtaSığorta”nın zərərlilik göstəricisi aşağı düşüb. Belə ki, 2016-cı ildə toplanan hər 100 manatdan 38,1 manatını ödəniş edibsə, 2017-ci ildə bu rəqəm 36,2 manata qədər düşüb.

Sığorta şirkəti ötən ilin sonuncu dekabr ayı üzrə də göstəricilərini açıqlayıb. Məlumata görə,son ayda sığorta yığımları 1 174 323 manat, sığorta ödənişləri isə 768 841 manat təşkil edib.

Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302