SIĞORTA

"Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədri: 2017-ci il heç də asan il olmadı
05 YANVAR
1048

"Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədri: 2017-ci il heç də asan il olmadı

2018-01-05 12:06:00

"Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədri Kamran Babayev ASAN Radionun qonağı olub. Kamran Babayev Azərbaycanda sığorta bazarının hazırki durumu, "Azərbaycan Sənaye Sığorta"nın bazarda payı barədə ASAN Radioya müsahibə verib.

Xatırladaq ki, "Azərbaycan Sənaye Sığorta" ASC 22 ildir ki, xidmət göstərməkdədir.

"Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədri Kamran Babayev 22 il ərzində görülən işlər, qazanılan nailiyyətlərdən söz açıb, yola saldığımız 2017-ci ili necə başa vurduqlarını açıqlayıb. Məlum olub ki, ötən il heç də asan il olmayıb. Təbii proseslər nəticəsində kənd təsərrüfatına  dəyən böyük miqdarda ziyanın "Azərbaycan Sənaye Sığorta" tərəfindən sığortalanmış hissəsi şirkət tərəfindən ödənilib. Söhbət təxminən 1 milyon 200 min manat sığorta ödənişindən gedir.  

29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC kənd təsərrüfatı üzrə sığorta bazarının 80%-ni əhatə edir. Şirkətə ənənəvi sığorta növləri üzrə müraciət edənlər çoxluq təşkil edir.

"Azərbaycan Sənaye Sığorta" ASC 2016-cı ildə iki beynəlxalq mükafata layiq görülüb, Global Brands Magazine tərəfindən “Best non-life insurance company-Azerbaijan 2016” və Finans Digest Magazine tərəfindən "Brand of Business Excellence-Azerbaijan 2016”.

2017-ci ilin fevral ayında "Azərbaycan Sənaye Sığorta" ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyorluğu statusu" əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256