SIĞORTA

“Standard İnsurance” qanvermə aksiyası keçirib
29 DEKABR 2017
511

“Standard İnsurance” qanvermə aksiyası keçirib

2017-12-29 11:23:00

Hər il müxtəlif xeyriyyə aksiyalarında iştirak edən ASC “Standard İnsurance” Sığorta Şirkəti ənənəyə sadiq qalaraq Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə “Mərkəzi Qan Bankı”nın dəstəyi ilə 27.12.2017 tarixində şirkətin Bakı şəhərində yerləşən mərkəzi ofisində “Qan ver, xilas et” şüarı adı altında hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə qanvermə aksiyası keçirmişdir.

Fins.az xəbər verir ki, aksiyada ASC “Standard Insurance” SŞ-nin əməkdaşları və ailə üzvləri iştirak etmişdir.

Qeyd edək ki, bu aksiya qan bankı ilə razılaşdırılmış cədvəl üzrə şirkətin digər şəhər və rayonlarında yerləşən filial və nümayəndəliklərində davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273