SIĞORTA

“2018-ci il üçün 2 gözləntimiz və 2 hədəfimiz var” – Kamran Babayev
27 DEKABR 2017
1164

“2018-ci il üçün 2 gözləntimiz və 2 hədəfimiz var” – Kamran Babayev

2017-12-27 15:33:00

Azərbaycan Sənaye Sığorta” şirkətinin İH sədri Kamran Babayev 2018-ci il üçün əsas hədəf və sığorta bazarından gözləntilərini Fins.az-a açıqlayıb: “Sığorta bazarı üzrə əsas gözləntilərimiz kənd təsərrüfatı sığortası üzrə mərkəzləşdirilmiş yeni sistemin yaradılması və sığorta haqlarının 50% dövlət tərəfindən qarşılanmasıdır". K.Babayev bundan əlavə məlumat təhlükəsizliyinin qorunması məqsədilə sığorta şirkətlərində “penetration test” yoxlamasının ildə bir dəfə məcburi olmasını vacib hesab edir. “Azərbaycan Sənaye Sığorta”ya gəldikdə o bildirib ki, 2018-ci ildə şirkətin əsas hədəfi  tibbi və kənd təsərrüfatı sığortası üzrə portfeli daha da artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258