SIĞORTA

İlin sığorta şirkəti
26 DEKABR 2017
965

İlin sığorta şirkəti

2017-12-26 17:27:00

Azərbaycanın ilk mərkəzləşdirilmiş onlayn sığorta portalı olan insure.az, "İlin Sığorta Şirkəti" nominasiyasında müsabiqə yekunlaşmışdır. Fins.az xəbər verir ki, səsvermənin yekunlarına əsasən 2811 səsdən 1117-sini toplayaraq qalib olmuşdur. 

Qeyd edək ki, sözü gedən müsabiqə ilk dəfədir ki, keçirilir. Bu müsabiqənin təsis edilməsində əsas məqsəd şəffaf səsvermə nəticəsində qalibin müəyyən olunmasından ibarətdir.  Şərtlərə əsasən, saytda qeydiyyatdan keçən istifadəçi il ərzində yalnız bir dəfə, bir şirkətə səs verə və ya səsini dəyişə bilir. Portal səsvermənin şəffaflığına zəmanət verir. Hətta, nəticələrə etiraz edən şirkətə səsvermə prosesini audit etmə imkanı da yaradılır. Səsvermənin nəticələri hər ilin dekabr ayının 25 tarixində elan olunur.

Ata Sığorta şirkətini bu münasibətlə kollektivimiz adından təbrik edirik. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276