SIĞORTA

Məhkəmə 2-ci dəfə sığorta şirkətini ləğv etməkdən imtina etdi
15 DEKABR 2017
659

Məhkəmə 2-ci dəfə sığorta şirkətini ləğv etməkdən imtina etdi

2017-12-15 15:23:00

Bakı Apellyasiya Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının iddiasına “yox” deyib. Söhbət “Başak İnam” sığorta şirkətinin məcburi ləğv edilməsindən və iflas proseduruna başlanılmasında gedir. Fins.az xəbər verir ki, Palata bununla bağlı noyabr ayının 23-də məhkəməyə müraciət edib.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Palatanın ərizəsinə baxılıb və sığorta şirkətinin məcburi ləğvindən imtina edilib. Palata qərarla bağlı apellyasiya şikayəti verib. Dekabr ayının 14-də Bakı Apellyasiya Məhkəməsi işə baxıb və eyni qərarı qüvvədə saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254