SIĞORTA

Azərbaycanda avtomobil sığortası neçəyədir? – SİYAHI -QİYMƏTLƏR
12 DEKABR 2017
2005

Azərbaycanda avtomobil sığortası neçəyədir? – SİYAHI -QİYMƏTLƏR

2017-12-12 11:29:00

Fins.az növbəti dəfə avtomobil sığortası bazarında qiymətləri araşdırmağa çalışıb. Söhbət avtomobillərin standart könüllü sığortasından (kasko)gedir. Bazar üzrə kasko qiymətlərini müqayisə etmək üçün Bakıda sürücülər arasında məşhur olan avtomobil modellərindən biri- 2010-cu il model 90 min kilometr yürüş edən 2.0 l mühərrikli və bazar qiyməti 20 min manat olan “Hyundai Sonata” seçilib. Azadolma məbləği isə 100 manat qeyd edilib. Və bu avtomobil üzrə sığorta şirkətlərinin kasko qiymətləri müqayisə edilib. Araşdırma əsasında məlum olub ki, sadalanan avtomobil görə bazar üzrə kasko qiymətləri 450-889 manat arasında dəyişir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

PAŞA sığorta”: “ Evakutorda daşınmaya görə də təminat veririk”

İlk olaraq “PAŞA Sığorta” şirkətinin standart kasko üzrə qiymətləri müəyyənləşdirilib. Şirkətdən Fins.az-a verilən məlumata görə, 100 manat azadolma ilə bu avtomobili 560 manata kasko sığortalamaq olar. Üstəlik müştəriləri sığorta haqqını faizsiz 4 hissəyə bölməklə də aylıq ödəniş edə bilərlər. 4 halda sığorta şirkəti ödənişə təminat vermir: Qanunsuz idarəetmə (Məsələn, yalnız sürmək üçün verilən etibarnaməsi olan sürücünün avtomobili ayıq sürücüyə etibar etməsi), qəsdən qəza törədilməsi, hadisə yerindən yayınma və sürücünün alkaqol və narkotik vasitələr qəbul etdiyi hallar.

PAŞA Sığorta” bildirir ki, digər sığorta şirkətlərindən fərqli olaraq avtomobilin evakutorda daşınması zamanı baş verən hadisələrə görə də təminat verilir.

Meqa Sığorta”: “516 manata sığortalayırıq”

Eyni avtomobili “Meqa Sığorta” standard servislə 516 manata kasko sığorta edir. Şirkətdən bildirilib ki, rəsmi servis təminatı istehsal ili 2012-ci ildən yuxarı avtomobillərə verilir.

A Qroup”: “Bir düyməni basmaqla təcili yardım və nümayəndəmizi çağırmaq olar”

A Qroup Sığorta” şirkətində isə “Hyundai Sonata”nın sığortası servis seçimindən və detallara köhnəlmə əmsalının tətbiq edilməsindən aslı olaraq 560-640 manat arasında dəyişir. Maraqlı cəhət bundan ibarətdir ki, sığorta şirkəti müştərilərinə mobil aplikasiya təqdim edir. Bu proqram vasitəsilə qəza anında avtomobil sahibi sadəcə düyməni basmaqla sığorta şirkətinin əməkdaşlıq etdiyi klinikadan təcili tibbi yardım çağıra bilər və bu xidmət pulsuzdur. Eyni zamanda şirkətin nümayəndələri hadisə yerini müəyyən edib, dərhal həmin əraziyə yaxınlaşırlar.

Atəşgah Sığorta”: “Rübdə bir dəfə ödənişə də razıyıq”

Atəşgah Sığorta”da isə sığorta haqqını 4 hissəyə bölüb rübdə bir dəfə ödəmək mümkündür. Şirkətdən verilən məlumata görə, eyni avtomobili standard servis seçimi ilə nağd ödənişlə 585 manata, rübdə bir dəfə olmaqla 615-658 manata əldə etmək olar.

AXA MBASK”: “Zəmanəti varsa, rəsmi servis təminatı veririk”

AXA MBASK” sığorta şirkətindən isə bildirilib ki, 6 aya hissəli şəkildə bu avtomobilin kasko sığortası 889 manata başa gəlir. Avtomobilin zəmanəti varsa, mütləq rəsmi servis təminatı verilir.

Rəvan Sığorta”: “Sürücünün günahı olmasa, franzişa tutmuruq”

Rəvan Sığorta” şirkətində isə eyni avtomobilin sığortası 640 manata başa gəlir. Şirkətdən bildirilib ki, avtomobil sahibi qəzada günahkar deyilsə, azadolma məbləği çıxılmır.

Bakı Sığorta”: “450-550 manata sığortalayırıq”

Bakı Sığorta” bazar üzrə ən aşağı qiyməti təklif etsə də, servis seçimini öz üzərinə götürür. Şirkətdən verilən məlumata görə, sığorta haqqı 450-550 manat arasında dəyişir və ödəniş 6 ay ərzində hissəli ödənilə bilər.

AtaSığorta”: “Hissəli ödəniş də təklif edirik”

AtaSığorta” şirkətindən isə “Hyundai Sonata”nı 500 manata sığortaya biləcəklərini bildiriblər. Şirkət sığorta haqqını hissəli ödənişini təklif edir. Belə ki, kasko sığortası alan müştəri sığorta haqqının əvvəlcə 40%-ni, qalan hissəsi isə 2 ay ərzində ödəyə bilər.

Xalq Sığorta”: “ Ödəniş bir gün geciksə, sığorta qüvvədən düşür”

Ata Sığorta” ilə yanaşı, “Xalq Sığorta” da kasko sığortası üçün hissəli ödəniş təklif edir. Belə ki, 600 manatlıq sığorta haqqını 4 aya ödəmək mümkündür. Amma sığorta haqqının ödənişi bir gün geciksə, müqavilə qüvvədən düşür.

Qala Sığorta”: “Eyni qiymətə 3 sığorta təklif edirik”

Qala Sığorta” şirkəti isə eyni qiymətə 3 sığorta məhsulu təklif etdiyini bildirir. Məlumata görə, avtomobilin sığortası servis seçimindən aslı olaraq 600-695 manata başa gəlir. Amma şirkət kasko alanlara, fərdi qəza sığortası və 10 min manatlıq mülki məsuliyyətin könüllü sığortasını da hədiyyə edir.

Sığorta şirkətlərinin təklif etdiyi şərtlər və qiymətlər isə tam olaraq belədir:

 Zaman Broker”: “Kaskonu öz ölçünüzə uyğun də seçə bilərsiz”

 Standart kasko məhsulu olmasa da çox maraqlı təkliflərdən biri “Zaman Broker”in məhsulu olan “Kasko Butik”lə bağlıdır. Şirkətdən Fins.az-a verilən məlumata görə, statistika baş vermiş qəzalarda avtomobilə dəyən zərər 97 % hallarda 5000 manatı keçmədəyini göstərir. “Kasko Butik”in ana fəlsəfəsi də məhz buna dayanır. Avtomobilin bazar dəyərindən aslı olmayaraq “Kasko Butik” sürücülərə 4 seçim təklif edir. 222, 333, 444, 555 manat. Hər bir ölçünün sığorta məbləği isə sığorta haqqının 10 mislidir, 2222, 3333, 4444 və 5555 manat. Sığorta təminatlarına demək olar ki, bütün risklər daxildir. O cümlədən, taksi və evakuasiya xərcləri də “Kasko Butik” tərəfindən ödənilir. “Kasko Butik”in sığorta müqavilələrinə 1 sığorta şirkəti yox, 6 sığorta şirkəti birgə təminat verir. Sığorta şirkətlərinin təklif etdiyi şərtlər və qiymətlər isə tam olaraq belədir:

Sığorta şirkəti

Sığorta haqqı

Ödəniş forması

Təminat

Qeyd

PAŞA Sığorta

560

Birbaşa və 4 dəfəyə hissəli

Standart servis

Evakuatorda daşınmaya da təminat verilir

 

 

 

 

Atəşgah

626

birbaşa

 

 

Rəsmi servis

 

658,5

 

Rübdə bir dəfə (4 hissə)

 

 

615

 

 

Standart

servis

 

585

birbaşa

 

 

Standard İnsurance

770

Bir başa və 3 aya olmaqla hissəli

Rəsmi servis

Evakuator xidməti daxildir

640

Standart servis

AXA MBASK

889

6 aya hissəli

 

zəmanəti olanlara rəsmi servis təminatı

AzSığorta

600

 

standart servis

 

Meqa Sığorta

516 manat

Birbaşa və 4 dəfəyə hissəli

Standart servis və yaxud ödəniş

rəsmi servis 2012-dən yuxarı

Rəvan Sığorta

640

15-20% ilkin qalan hissə 8-12 aya

Rəsmi servis

Günah olmasa franşiza tutulmur və evakuasiya pulsuz

Bakı Sığorta

450-550

6 aya hissəli

servisi şirkət seçir

 

AtaSığorta

500

40%ilkin ödəniş, qalan hissə 2 aya

servisi şirkət seçir

 

A Qroup Sığorta

640

 

rəsmi

Pulsuz təcili yardım

560-600

 

standart

Azərsığorta

700

50% ilkin ödəniş, 50%- 4 ay sonra

rəsmi

 

 

 

 

 

Azərbaycan Sənaye Sığorta

584-

600

 

 

2-8 aya hissəli

standart servis /köhnə əmsalından aslı olaraq

 

690-778

rəsmi servis /köhnə əmsalından aslı olaraq

Xalq Sığorta

600

4 ay hissəli

standard

ödəniş bir gün geciksə sığorta qüvvədən düşür

Qala Sığorta

600

3 aya hissəli

servisi şirkət seçir

sərnişinlərin fərdi qəza sığortası və 10 min manatlıq m.m.k.s.

695

servisi müştəri seçir

Günay Sığorta

540

3 aya hissəli

servisi şirkət seçir

 

Amrah

740

3 aya hissəli

servisi şirkət seçir

 

780

servisi müştəri seçir

 

 

Şirkət

Məhsul

Sığorta haqqı/ AZN

Təminat

Qeyd

Zaman Broker

 

Kasko Butik

(6 sığorta şirkətinin təminatı ilə)

222

2222

Taksi və evakuasiya xərcləri pulsuzdur

333

3333

444

4444

555

5555

 

 

 

Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267