SIĞORTA

Palatadan “AXA MBASK”la bağlı – RƏSMİ AÇIQLAMA
29 NOYABR
760

Palatadan “AXA MBASK”la bağlı – RƏSMİ AÇIQLAMA

2017-11-29 16:27:00
Maliyyə Bazarlarına Nəzarət Palatası(MBNP) “AXA MBASK” sığorta şirkəti ilə bağlı bəzi media orqanlarında  yayılan xəbərlərə rəsmi şəkildə müsanibət bildirib. Palata Fins.az-ın sorğusuna əsasən bildirib ki, “AXA Mbask” Sığorta şirkətində 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən yoxlama keçirilib.  Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilib.
Xatırladaq ki, bu gün bəzi media orqanlarında Palatanın sanksiyası ilə “AXA MBASK” sığorta şirkətinin idarə heyətinin sədri Səlcuk Adıgözəlin müvəqqəti vəzifəsindən kənarlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Sığorta şirkəti də Fins.az-a rəsmi açıqlamasında məlumatın yanlış və əsassız olduğunu bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290