SIĞORTA

İcbari tibbi sığortada dərman da pulsuz olacaq
27 NOYABR
213

İcbari tibbi sığortada dərman da pulsuz olacaq

2017-11-27 12:15:00

“Növbəti ildə icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərin təkmilləşdirilməsini düşünürük”.

Fins.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. 

Baza zərfində dərman təminatının olmamasının əhali üçün müəyyən çətinliklər yaratdığını qeyd edən Z.Əliyevin sözlərinə görə, bu səbəbdən növbəti ildə dərman təminatının, yəni həyati vacib dərmanların zərfə daxil edilməsi nəzərdə tutulur: "Bu ildən Azərbaycan icbari tibbi sığorta sisteminin tətbiqinə başlayıb. Biz belə qərara gəldik ki, Azərbaycanda icbari tibbi sığorta sistemi sosial həmrəylik prinsiplərinə söykənərək universal tibbi təminat əsasında qurulsun. Biz baza zərfinə bütün tibbi xidmətlərin 70 faizə yaxınını daxil etdik. Nəticələr göstərir ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığı yüksəlib. Bu ilin sonunda biz nəticələri analiz edəcəyik və növbəti addımlarımızı müəyyən edəcəyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288