SIĞORTA

Naxçıvanda icbari tibbi sığortaya başlanıldı
27 NOYABR
211

Naxçıvanda icbari tibbi sığortaya başlanıldı

2017-11-27 10:54:00

“Artıq bir neçə aydır ki, Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinə başlanılıb”. Fins.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov deyib.

Şöbə müdirinin sözlərinə görə, bu ilin əvvəlindən pilot layihələrin həyata keçirildiyi rayonlarda əldə edilən nəticələr müsbətdir: “Səhiyyənin maliyyələşməsində yeni mexanizmlərin tapılması hesabına tibbi sığortanın tətbiqi əhali arasında çox müsbət qarşılanıb”.

M. Ələkbərov qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi ilə bağlı bir çox dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmalıdır.

© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289