SIĞORTA

AZSIĞORTA-nın nəticələrində artım müşahidə olunur
24 NOYABR
406

AZSIĞORTA-nın nəticələrində artım müşahidə olunur

2017-11-24 11:21:00
AZSIĞORTA şirkəti 2017-ci ilin yanvar-sentyabr ayları ərzində fəaliyyət göstəriciləri üzrə artıma nail olub. Belə ki, şirkətin bu ilin üç rübü ərzində topladığı sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% yüksələrək 18,8 milyon manat, ümumi sığorta ödənişlərinin həcmi 16% artaraq 6,7 milyon manat, könüllü sığortalar üzrə ödənişlərinin həcmi isə 17% artaraq 1,7 milyon manat təşkil etmişdir.
Cari ilin 3 rübü ərzində şirkətin əmlak sığortası növü üzrə topladığı sığorta haqları 2% artaraq 2,8 milyon manat, icbari sıgorta haqları isə 22% artaraq 15,3 milyon  manat təşkil etmişdir.
AZSIĞORTA-nin Direktorlar Şurasının sədri Viladi Maniyev: “Gəlirli olmaq istənilən şirkət üçün əlbəttdə ki, əsas prioritetdir. Lakin bunu uzunmüddətli perspektivdə təmin etmək üçün biz, şirkəti texnoloji baxımından yeni səviyyəyə yüksəlməsini əsas hədəf kimi özümüz üçün müəyyən etmişik. Bu istiqamətdə ilk addımımız bu günün tələblərinə cavab verən yeni strukturun qəbul edilməsi olmuşdur. Eyni zamanda demək olar ki, şirkətin bütün proseslərində optimallaşdırma işləri aparılır”.
Bu ilin 9 ayı üzrə nəticələrə əsasən, ayrı-ayrı sığorta növləri üzrə ödənişlərdə də 2016-cı ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunur. Belə ki, icbari sığortalar üzrə ödənişlərin həcmi 16% artaraq 5 milyon manat, o cümlədən əmlak sığortası növü üzrə ödənişlərin həcmi 105% artaraq 1,3 milyon manat təşkil etmişdir.
Qeyd edək ki, Azərbaycanın aparıcı sığorta şirkətlərində biri olan AZSIĞORTA 2006-cı ildən fəaliyyət göstərir və ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289