SIĞORTA

Bağlanan bank “Başak-İnam”a olan borcunu geri qaytarıb – EKSKLÜZİV
24 NOYABR 2017
834

Bağlanan bank “Başak-İnam”a olan borcunu geri qaytarıb – EKSKLÜZİV

2017-11-24 10:23:00

Bağlanan bank “Başak-İnam” sığorta şirkətinə olan borcunu qaytarmağa başlayıb. Söhbət iflas prosesində olan “Gəncəbank”dan gedir. Bu barədə Fins.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Məlumatda bildirilib ki,  “Başak-İnam Sığorta Şirkəti” ASC-nin iflas prosesində olan “Gəncəbank” ASC  və “Zaminbank” ASC-dəki bank hesablarında pul vəsaitləri mövcuddur.“Başak-İnam Sığorta Şirkəti” ASC hər iki bankda kreditorlar siyahısında qeydə alınıb və kreditorların reyestri məhkəmə tərəfindən təsdiq edilib.

Hər iki bankla danışıqlar davam etdirilir. “Gəncəbank”ASC artıq “Başak-İnam Sığorta Şirkəti”nın  manat hesabında olan pul vəsaitini tam geri qaytarıb və yaxın zamanda qalan borcunu tranşlarla qaytarmağı planlaşdırır.

 Palatadan bildilib ki, “Başak-İnam Sığorta Şirkəti” kreditorları qarşısında öhdəliklərini yerinə yetirmək üçün digər banklarda kifayət qədər pul vəsaitlərinə malikdir və Cəmiyyətin bütün sığorta növləri üzrə öhdəlikləri təmin ediləcəkdir.

Fins.az-ın əldə etdiyi məlumata görə, bankın sığorta şirkətinə ödədiyi məbləğin həcmi 500 min manata yaxındır.  Adı çəkilən hər iki bank üzrə ümumi borcun həcmi isə 1 milyon manat civarındadır.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277