SIĞORTA

Azərbaycanda TOP menecerlər, iş adamları pullarını nəyə yatırır?
23 NOYABR
1219

Azərbaycanda TOP menecerlər, iş adamları pullarını nəyə yatırır?

2017-11-23 12:57:00
Azərbaycanda sığortaya yatırılan pullar rekord səviyyədə artıb. Söhbət alternativ  yatırım növü olan həyatın yaşam sığortasından gedir. Fins.az xəbər verir ki, bu ilin yanvar-oktyabr ayında toplanan sığorta depozitlərinin həcmi 108,588 milyon manata yüksəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 63,9%  və yaxud 42,337 milyon manat artım deməkdir. Ötən ilin 10 ayında həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 66,251 milyon manat təşkil etmişdi.
Bu növ üzrə yığımlarla yanaşı ödənişlərin də həcmində artım müşahidə olunub. Belə ki,  vaxtı bitdiyi üçün qaytarılan depozitlərin həcmi 30,8% və yaxud 21,566 milyon manat artaraq 91,552 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 69,986 milyon manat təşkil etmişdi.
Sığorta eksperti Mustafa Abbasbəyli Fins.az-a bildirib ki, həyat sığorta şirkətlərinin bazar payı qeyri-həyat sığorta şirkətlərindən daha böyükdür və eyni tendensiya davam edir: “Hər il həyat sığorta şirkətlərinin bazar payı artır və bu da müsbət bir haldır”.
Ekspert hesab edir ki, digər əsas səbəb əhali arasında banklara inamın azalmasıdır: “ İnsanlarda şüuraltı banklara qarşı neqativ fikir formalaşıb. Ona görə də həyatın yaşa sığortasını alternativ  investisiya kimi nəzərdən keçirirlər. Bunun da böyük təsiri ola bilər”.
M.Abbasbəyli bildirib ki, bank depozitlərinin böyük hissəsi korporativ sektorun payına düşürdü. Hazırda korporativ sektorda da bank investisiyalarının həcmi kifayət qədər azalıb. Eyni qaydada korporativ seqmentdə işləyənlərin böyük əksəriyyəti bu investisiya növünü -həyatın yaşam sığortasını seçir. Başqa sözlə, maliyyə sektorunda çalışan insanlar, biznesmenlər, TOP menecerlər yaşam sığortasına daha çox yatırım edir.
Ekspert qeyd edib ki, həyatın yaşam sığortasına marağı artıran digər səbəb insanların itirəcəkləri pulları geri qaytara bilmələridir:”Biri var siz 10 manatınızı bank depozitinə qoyursuz və artmağa başlayır. Həyatın yaşam sığortasına həmin 10 manatı yatırsanız bu 11 manat olacaq, əks halda 10 manat 7 manata düşəcək. Başqa sözlə itiriləcək pulun əvvəlcədən qarşısını ala bilirsiz”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289