SIĞORTA

Pulunu sığorta depozitlərinə yatıranlar sürətlə artır – 42 milyonluq artım
23 NOYABR 2017
452

Pulunu sığorta depozitlərinə yatıranlar sürətlə artır – 42 milyonluq artım

2017-11-23 12:40:00
Azərbaycanda sığortaya yatırılan pullar rekord səviyyədə artıb. Söhbət alternativ yatırım növü olan həyatın yaşam sığortasından gedir. Fins.az xəbər verir ki, bu ilin yanvar-oktyabr ayında toplanan sığorta depozitlərinin həcmi 108,588 milyon manata yüksəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 63,9% və yaxud 42,337 milyon manat artım deməkdir. Ötən ilin 10 ayında həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 66,251 milyon manat təşkil etmişdi. Bu növ üzrə yığımlarla yanaşı ödənişlərin də həcmində artım müşahidə olunub. Belə ki, vaxtı bitdiyi üçün qaytarılan depozitlərin həcmi 30,8% və yaxud 21,566 milyon manat artaraq 91,552 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 69,986 milyon manat təşkil etmişdi.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276