SIĞORTA

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək
22 NOYABR 2017
1085

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək

2017-11-22 18:21:00

Növbəti ildə Azərbaycanın daha iki rayonunda icbari tibbi sığortanın tətbiqi layihəsi həyata keçirilə bilər.

Fins.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

"İcbari tibbi sığorta üzrə 2 rayonda pilot layihə həyat keçirilib. Bu, öz müsbət nəticələrini verir. Hazırda proqramın ilkin nəticələrinin təhlilinə ehtiyac var. Növbəti ildə daha iki rayonda belə layihənin həyata keçirilməsi nəzərdə tutulur", - deyə nazir qeyd edib.

S.Şərifov bildirib ki, ölkənin neftin satışından əldə etdiyi gəlirlərin istifadəsinə hökumət həssas yanaşır və neft gəlirlərinin böyük hissəsi ehtiyatlara yönəldilir.

"Səhiyyə sahəsində xərclərin artırılmasına ehtiyac var. Lakin xərclərlə gəlirlər uzlaşmalıdır. Gəlir olmayan yerlərdə xərclərin artımı qısa müddət çəkə bilər. Optimal səviyyədə xərclərimizi tənzimləməliyik. Qeyri-neft sektorundan gəlirlər hesabına büdcənin gəlirlərini artırmalıyıq", - deyə nazir vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253