SIĞORTA

“Günay Sığorta”ya yeni təyinat olub
21 NOYABR
671

“Günay Sığorta”ya yeni təyinat olub

2017-11-21 15:08:00
“Günay Sığorta” şirkətinə yeni təyinat olub. “AzSığorta” şirkətinin satış şəbəkəsinin inkişafı departamentinin direktoru Vüqar İbrahimov “Günay Sığorta”nın biznesin inkişafı blokunun  rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə Fins.az-a V.İbrahimov özü məlumat verib. O bildirib ki, noyabr ayının 1-dən etibarən əvvəlki iş yerindən ayrılıb. Noyabr ayının 6-dan isə yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, V.İbrahimov 2007-2015-ci illərdə “Beynəlxalq Sığorta”, 2015-2016-cı illərdə “Alfa Sığorta”da, 2016-cı ildən isə “AzSığorta”da çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289