SIĞORTA

Lizinq və kreditlə avtomobil alanlara xəbərdarlıq –ALDADILA BİLƏRSİZ
20 NOYABR
461

Lizinq və kreditlə avtomobil alanlara xəbərdarlıq –ALDADILA BİLƏRSİZ

2017-11-20 15:27:00

Avtomobili lizinq və kreditlə alan vətəndaşlar diqqətli olmalıdırlar. Əks halda gözləmədikləri halda ziyana düşə bilərlər. Söhbət avtomobilin kasko sığortasında gedir. Sığorta eksperti Məmməd Məmmədov Fins.az-a bildirib ki, istər lizinq, istərsə də kredit yolu ilə avtombil və ya obyekt götürərkən sığorta şəhadətnaməsinin surəti mütləq tələb edilməlidir. Belə ki, bəzi hallarda şəhadətnamənin tələb edilməməsi saxtakarlıq hallarına yol açır.

Ekspert bildirib ki, özü belə bir faktla qarşılaşıb. Lizinqlə alınan avtomobilin sığorta haqqı ödənilsə də, lizinq şirkəti həmin ödənişi mənimsəyərək avtomobili sığortalamayıb və qəza baş verdiyi ziyan müştərinin üzərində qalıb. Belə ki, 2014-cü ilin dekabr ayının 14-də Məmmədov Elnur Azər oğlu “Aypara Lizinq” MMC-dən “NİSSAN SUNNY” minik avtomobilini lizinqə götürüb. Elə həmin gün avtomobili tam sığortalamaq üçün 887,40 manat pulu NBCBank Yasamal filialı vasitəsiylə “Aypara Lizinq” MMC-nin bank hesabına ödəyib. Vətəndaş sığortalı olduğuna əmin olub. Problem isə avtomobil qəzası baş verəndə üzə çıxıb. E.Məmmədov 2015-ci ilin iyul ayının 31-də qəzaya düşüb. Dərhal bu barədə həm “Rəvan” sığorta şirkətinə, həm “Aypara Lizinq” MMC-ə, həm də DYP-yə məlumat verib. Sığorta şirkətinin nümayəndəsi ilə YPX əməkdaşının birlikdə apardıqları araşdırma zamanı sığorta hadisəsinin baş verdiyi müəyyən edilib. Lizinq alan tərəfindən sığorta şirkətindən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etdikdə isə bildirilib ki, zədələnmiş avtomobilin sahibi və “faydalanan şəxs” “Aypara Lizinq” MMC olduğu üçün zərərin ödənilməsini də “Aypara Lizinq” MMC tələb edə bilər. Ona görə də lizinq obyekti lizinq verənə, yəni “Aypara Lizinq” MMC-ə geri qaytarılıb ki, dəymiş zərərin əvəzini “faydalanan şəxs” olaraq sığorta şirkətindən tələb etsin. Sonradan isə məlum olub ki, avtomobilin sığorta haqqı lizinq şirkətinə ödənilsə də “Aypara Lizinq” MMC avtomobili sığorta etdirməyib. Sığorta haqqını ödəməməsinə baxmayaraq “Aypara Lizinq” MMC avtomobilə dəymiş ziyanın vətəndaş və onun zamini tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmədə “Aypara Lizinq” MMC-nin nümayəndəsi bildirib ki, avtomobilin sığortası olmadığı üçün dəymiş zərərin əvəzi sığorta şirkəti tərəfindən ödənilməyib, ona görə də ziyanın məsuliyyəti vətındaşın üzərində qalıb. M.Məmmədiv bildirib ki, məhkəmə tərəfindən lazımı qaydada araşdırma aparılmayıb, avtomobilin kimin təqsirindən sığortalanmaması müəyyən edilməyib. Nəticə etibarı ilə vətəndaşMəmmədov Elnur Azər oğlu lizinqə götürdüyü avtomobilin tam sığortası üçün 887,40 manat sığorta haqqı ödəməsinə baxmayaraq, avtomobilə dəymiş zərərin ödənilməsinin məsuliyyəti onun və ona zamin durmuş Əzizov Yusif Ağamalı oğlunun üzərində qalıb. Hazırda məsələ ilə bağlı məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilib.

Odur ki, istər lizinq, istərsə də kredit yolu ilə avtombil və ya obyekt götürərkən sığorta şəhadətnaməsinin surətini tələb etmək vacib şərtdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289