SIĞORTA

Xəyal Məmmədxanlıya vəzifə verildi
15 NOYABR
3421

Xəyal Məmmədxanlıya vəzifə verildi

2017-11-15 13:05:00
Azərbaycan sığorta bazarının məhşur simalarından biri Xəyal Məmmədxanlıya vəzifə verilib. Belə ki, X. Məmmədxanlı “Zaman Broker” şirkətinin baş kommersiya direktoru təyin edilib. Bu barədə Fins.az-a X. Məmmədxanlı özü məlumat verib. O bildirib ki, iyul ayının 1-dən etibarən sözügedən vəzifəyə təyin edilib.
 
Xatırladaq ki, X. Məmmədxanlı 2000-ci ildən sığorta sektorunda çalışır. 2000-2002-ci illərdə«Atəşgah» Sığorta şirkətində hüquqşünas, Hüquq və Zərərlərin tənzimlənməsi şöbəsinin müdirivəzifələrində çalışıb. 2002 –2003-ci illərdə «Beynəlxalq Sığorta Şirkəti»nin İdarə heyətinin Sədri, 2003 – 2005-ci illərdə şirkətin Müşahidə Şurasının Sədri olub.
 2006 –2007 –ci illərdə Turquoise MMC-nin baş Direktoru, 2008 –2009-cu illərdə “AZFİNANSBANK” ASC-nin Müşahidə Şurasının sədri, eyni zamanda «AzSığorta» ASC – nin İdarə heyəti sədrinin müavini işləyib.
2009 –2010-cu illərdə AZBARTER MMC-nin prezident,  2010 –2011-ci illərdə “ALFA SIĞORTA”nın Direktorlar Şurasının sədri, 2011 –2013-cü illərdə “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC-nin İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, 2013 –2014-cü illərdə “Avesta” Konserninin İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, Vitse Prezident vəzifələrində işləyib. 2014-cü ilin sentyabr ayından etibarən isə “ARK” Business Solutions şirkətinin Tәsisçisi vә ortağı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291