SIĞORTA

“AtaSığorta” beynəlxalq keyfiyyət sertifikatı aldı
15 NOYABR
176

“AtaSığorta” beynəlxalq keyfiyyət sertifikatı aldı

2017-11-15 11:58:00

“AtaSığorta” ASC yeni ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatını əldə edib. Bu barədə Fins.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə, “AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek” şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb. Qeyd edək ki, şirkət 2005-ci ildən fəaliyyətini Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) keyfiyyət idarəetmə sisteminin tələbləri əsasında həyata keçirir.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287