SIĞORTA

“14 yaşından maşın sürürəm, cəmi bir dəfə sığorta ödənişi almışam” – XƏYAL MƏMMƏDXANLI
14 NOYABR
636

“14 yaşından maşın sürürəm, cəmi bir dəfə sığorta ödənişi almışam” – XƏYAL MƏMMƏDXANLI

2017-11-14 15:09:00

Bu gün Azərbaycanda 1,3 milyona yaxın avtomobil var. Bunun 1,1 milyon ədədi minik avtomobilləridir. Statistika göstərir ki, cəmi kasko sığortalı avtomobillərin sayı 30 min ədədi keçmir. Bunu Fins.az-a müsahibəsində yeni kasko sığorta məhsulu ilə bağlı müsahibəsində sığorta eksperti Xəyal Məmmədxanlı deyib. O bildirib ki, bazarın böyük bir qismi boşdur: “Biz qərara gəldik ki, elə kasko məhsulu yaradaq ki, hamının ehtiyacına uyğun, əl çatan olsun. Məhsulun çox maraqlı fəlsəfəsi var”.

X.Məmmmədxanlı bildirib ki, bu günə qədər baş verən sığorta hadisələrinin 97%-də zərərlərin həcmi 5 min manatı keçmir: “Məsələn, gün ərzində 100-lərlə qəza ilə rastlaşa bilərik. Bunların böyük hissəsi buferin,kapotun əzilməsi,faranın sınması, güzgünün qırılması və digər kiçik hadisələr olur. Amma çox nadir hallarda böyük qəzalar- avtomobilin aşması, oğurlanması, tamamilə yararsız vəziyyət düşməsi kimi hadisələrlə rastlaşırıq”.

X. Məmmədxanlı buna öz təcrübəsini də misal çəkib: “Şəxsən mən 14 yaşında maşın sürürəm. Baxmayaraq ki, hər il 1000,1300, 1900 manat kasko sığortaya pul ödəyirəm. Həyatımda bir dəfə sığorta ödənişi almışam. O da avtomobilin alın şüşəsinə daş dəyib və onu dəyişiblər. Bu da cəmi 500 manat zərər olub. Bəzi kiçik zərər olub, amma o da franşizanı keçmədiyi üçün ödəniş edilməyib. Mənim kimi sürücülər isə bu ölkədə yüzlərlədir. Məsələn, bizim şirkətdə hamı maşın sürür hamı mənimlə eyni fikirdədir. Bunu nəzərə alaraq 3000 insan arasında sosial sorğu keçirdik və məlum oldu ki, insanların böyük hissəsi böyük qəzalarla üzləşməyiblər”.

Qeyd edək ki, “Kasko Butik” sığorta məhsulu ilə bağlı geniş müsahibəni noyabr ayının 15-də Fins.az-da oxuya biləcəksiz.

Müəllif:Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289