SIĞORTA

“AzSığorta”dan “Standard İnsurance”a – TRANSFER
13 NOYABR 2017
962

“AzSığorta”dan “Standard İnsurance”a – TRANSFER

2017-11-13 16:20:00

“AzSığorta” şirkətindən “Standard İnsurance” sığorta şirkətinə transfer baş tutub. “AzSığorta”dan Fins.az-a verilən məlumata görə, filiallarla iş departamentinin müdiri Rövşən Əsgərov noyabr ayından etibarən sığorta şirkətindən ayrılıb. Rövşən Əsgərov Fins.az-a açıqlamasında bunu “AzSığorta”da aparılan struktur dəyişiklikləri ilə əlaqələndirib. O bildirib ki, hazırda “Standard İnsurance” sığorta şirkətinin satış departamentində işə başlayıb. Bununla belə sığorta şirkətinin sədr müavini təyin ediləcək. Bunun üçün sənədlər Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilib:“Palatanın attestasiyasından sonra “Standard İnsurance” sığorta şirkətinin sədr müavini təyin ediləcəm”.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qeyd edək ki, R.Əsgərov 2010-cu ildən "AzSığorta"da çalışıb. 2010-2013-cü illərdə sığorta şirkətinin "Sənaye filial"ının direktoru, 2013-cü ildə isə filiallarla iş departamentinin rəhbəri seçilib.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272