SIĞORTA

Avtosığorta bazarından yenilik - KASKO BUTİK olacaq
13 NOYABR
956

Avtosığorta bazarından yenilik - KASKO BUTİK olacaq

2017-11-13 16:14:00

Azərbaycanda bu sloqanla "KASKO BUTİK" fəaliyyətə başlayır. Bildirilir ki, KASKO BUTİK müasir və innovativ platformadır, bütün müqavilələr elektron bağlanılır və digər sənədlərlə birlikdə sizin elektron poçt ünvanınıza göndərilir.
Sığortaetdirənin bank kartı məlumatları KASKO BUTİK-də saxlanılmır. Bütün ödənişlər “Paşa Bank” və “Express Bank”ın yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilmiş ödəniş sistemləri vasitəsilə həyata keçirilir.
KASKO BUTİK- ə 6 SIĞORTA ŞİRKƏTİ ZƏMANƏT VERİR
KASKO BUTİK platformasında bağlanmış müqavilələrə Azərbaycanın bir deyil, 6 aparıcı sığorta şirkəti (AtaSığorta, Atəşgah Sığorta, Azsığorta, Agroup, Günay Sığorta və Qala Sığorta) birgə şərikli zəmanət verir.
KASKO BUTİK-in Sığorta Dəstək Mərkəzinin peşəkar və təcrübəli əməkdaşları sığortaya aid bütün suallarınızı cavablandırmaq üçün 7/24 fəaliyyət göstərəcəkdir.
SIĞORTANI KASKO BUTİKDƏN ALMAQ ÜÇÜN SƏBƏBLƏR
KASKO BUTİK bildirir ki, 97% hallarda təmir xərcləri 5000 manatı keçmir. Bu səbəbdən bahalı KASKO-ya ehtiyac yoxdur.
KASKO BUTİK avtomobil sığortasını adi KASKO məhsullarından xeyli aşağı təklif edəcəkdir. Üstəlik sığorta haqqını hissələrlə hər ay ödəmək imkanı təklif olunacaqdır.
KASKO BUTİK ilə sığorta ödənişini günlərlə gözləmək dövrü keçmişdə qalacaqdır.  "Biz pulunuzu 59 dəqiqə ərzində ödəyirik!"-, KASKO BUTİK bildirir.
Üstünlüklər yuxarıda qeyd olunanlar ilə bitmir: BUTİK avtomobili servis mərkəzində keyfiyyətlə təmir olunmasını təmir edəcək, 1000 manatadək zərərlər zamanı sənədlər tələb olunmayacaq. Avtomobiliniz təmirdə olan zaman siz piyada qalmayacaqsınız. Bu müddətdə sizin 120 manatadək taksi xərcləriniz ödəniləcəkdir. Sığorta şəhadətnaməsi bütün sünyada qüvvədə olacaqdır, sığortalı avtomobili yaşı 21-dən yuxarı hər kəs qanuni əsaslarla idarə edə biləcəkdir.
PORTAL YARADILIB
KASKO BUTİK 2222.az saytı vasitəsilə sığortanın satışını həyata keçirəcəkdir. Saytda təminat məbləğindən asılı olaraq KASKO-nun qiyməti 222-700 manat civarındadır. 
Facebook-da yerləşdiriləcək MERİ adlı ölkənin sığorta sahəsindəki ilk funksional ChatBotu sizə KASKO BUTİK haqqında ətraflı məlumat verəcəkdir.
Avtomobilinizə texniki baxışın aparılması, həmçinin hadisə zamanı zərərin qiymətləndirilməsi ən son texnologiyalarla aparılacaq, bu da sizin vaxtınıza və pulunuza qənaət deməkdi.
Qeyd edək ki, KASKO BUTİK "Zaman Broker" şirkətinin layihəsidir və layihəyə sığorta bazarı üzrə tanınmış ekspert Xəyal Məmmədxanlı rəhbərlik edir. Layihənin rəsmi təqdimatı 15 Noyabrda baş tutacaqdır.
Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287