SIĞORTA

“AtaSığorta”da artımın səbəbi açıqlandı
13 NOYABR
468

“AtaSığorta”da artımın səbəbi açıqlandı

2017-11-13 10:10:00

2017-ci ilin 10 ayı ərzində “AtaSığorta” ASC üzrə hesablanmış sığorta və təkrarsığorta haqları 11,1 mln. manat olub. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 31,9% artım deməkdir. Bunu Fins.az-a“AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Qoşqar Həsənov deyib. O bildirib ki, satışların artmasının əsas səbəbi şirkətin əhatə dairəsinin genişlənməsidir: “Bu ilin ötən dövrü ərzində AtaSığorta satışlarını və xidmət nöqtələrinin sayını artırmağa müvəffəq olub. Şirkətimizin inkişaf proqramına uyğun olaraq, bu il ərzində bütün respublikanı əhatə etməklə filial və nümayəndəliklərin sayı 31-ə, satış ofislərinin sayı isə 64-ə çatıb və bu proses davam edir”.

Sədr müavini əlavə edib ki, müştərilər sığorta şirkəti seçərkən imicə, güvənliyə, rahat və keyfiyyətli xidmətin alınmasına diqqət edirlər. Bu xüsusilə, avtomobillərin kasko sığortası, əmlak sığortası, tibbi sığorta və icbari sığortada özünü göstərir: “Məsələn, ötən ilə nisbətən bizim tibbi sığorta, icbari sığorta və kasko sığortası üzə portfellərimizdə ciddi artım olub. Bu o deməkdir ki, artıq sığortanı alanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdısa və keyfiyyətə o qədər də diqqət etmirdisə, artıq onlar güvənli və xidmətə önəm verən şirkətə üz tutmağa başlayıblar”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291