SIĞORTA

Beynəlxalq Bank sığortaçı axtarır
08 NOYABR
338

Beynəlxalq Bank sığortaçı axtarır

2017-11-08 09:28:00

“Azərbaycan Beynəlxalq Bankı” sığortaçı axtarır. Fins.az -ın məlumatına görə, bank daşınmaz əmlakının icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və nəqliyyat vasitələrinin icbari və könüllü sığortası xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib. Tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 22-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 28-nə qədər Bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanındakı baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: [email protected]).

Təkliflərə noyabrın 29-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287