SIĞORTA

“Bu sığorta bazarının ən yaralı yeridir” – SƏDR MÜAVİNİNDƏN AÇIQLAMA
07 NOYABR
467

“Bu sığorta bazarının ən yaralı yeridir” – SƏDR MÜAVİNİNDƏN AÇIQLAMA

2017-11-07 12:19:00

Sığorta endirimi sığorta bazarının ən yaralı yeridir”. Bunu Fins.az-a müsahibəsində “Atəşgah Sığorta” şirkətinin idarə heyətinin sədr müavini Fərid Quliyev deyib. O bildirib ki, madiyyat daha çox cəlbedici olduğundan endirim olduğu təqdirdə müştəri agentə yönəlir: “Endirim bazara dağıdıcı təsir göstərən haldır. Bu sığorta bazarının ən yaralı yerlərindəndir. Sığorta şirkətləri buna yol verməməlidirlər. Digər tərəfdən, icbari avtosığortada endirim qanun pozuntusudur. Bazarın gəlirliliyini aşağı salan, onu korlayan əsas amillərdən biridir”.

Sədr müavini bildirib ki, sığorta agentlərinin etdiyi endirimlər dolayısı ilə şirkətlərin gəlirliliyini aşağı salır: “Sığorta şirkətləri hansı şəraiti yaradırsa, hansı mədəniyyəti təbliğ edirsə təmsilçi şəbəkəsi də həmin mədəniyyəti bizdən sonra reallaşdırırlar. Sığorta şirkəti daha çox faiz verməklə endirimə şərait yaradırsa, təbii ki, həmin təmsilçi endirimə təşviq edilir və son nəticə olaraq bunu reallaşdırır. Bu gün sığorta bazarında agentlərə bu şəkildə verilən komissyon haqq endirimə çevrilirsə, bu sığorta məhsulunu daha zərərli edir və gəlirliliyi aşağı salır”.

F.Quliyev deyib ki, icbari avtosığorta üzrə endirimlər yalnız “Atəşgah”a yox,  bütün sığorta bazarı üçün problem yaradır: “Sığorta təmsilçiləri ilə işin düzgün qurulması uzunmüddətli tənzimlənmiş siyasət aparmaq daha doğru olar”. 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287