SIĞORTA

“Elektron sığortası olan sürücünü yol polisi cərimələyə bilməz” – MUSTAFA ABBASBƏYLİ
06 NOYABR
1004

“Elektron sığortası olan sürücünü yol polisi cərimələyə bilməz” – MUSTAFA ABBASBƏYLİ

2017-11-06 16:29:00

Son günlər avtomobilllərin icbari sığortasının elektron müqavilə formasından bağlanması ilə bağlı cərimə məsələsi yenidən gündəmə gəlib. Məsələ ilə bağlı sığorta eksperti, Mustafa Abbasbəyli Fins.az-a münasibət bildirib. O deyib ki, 01.11.2016-cı il tarixində sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, avtomobillərin icbari məsuliyyət sığortası elektron şəkildə bağlanmaqdadır. Yəni, icbari sığortanın fiziki (möhürlü kağız) forması artıq mövcud deyil.

Lakin, bir çox sürücü, DYP əməkdaşlarının sığortanın kağız formasını tələb etdiklərini əsas gətirərək, sığortalanarkən möhürlü müqavilə tələb etməkdədir.

  İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələblərinə əsasən, sürücülər, sığorta müqaviləsini təqdim edilməməsinə görə deyil, məhz bağlanmamasına görə - 50 manat məbləğində cərimə edilirlər. Ona görə, sürücünün sistemdə sığorta haqqı ödənilmiş sığorta müqaviləniz varsa, onu heç kim sığorta ilə bağlı cərimə edə bilməz.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291