SIĞORTA

İcbari avtosığortada son vəziyyət açıqlandı
03 NOYABR
234

İcbari avtosığortada son vəziyyət açıqlandı

2017-11-03 11:07:00

Cari ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 96 040 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır.

İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, bunlardan 14 199 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olmuşdur.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 7 635 989 manat təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 21% artım, sığorta haqlarının məbləğində isə 16% artım müşahidə edilmişdir.

1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287