SIĞORTA

PAŞA Sığorta şirkətinin resmi veb saytı artıq yeni formatda!
03 NOYABR
178

PAŞA Sığorta şirkətinin resmi veb saytı artıq yeni formatda!

2017-11-03 10:45:00

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti tam yeni tərtibatda korporativ saytını (www.pasha-insurance.az) istifadəyə verib. Beynəlxalq standartlara cavab verən və müasir dizayna malik olan saytın əsas məqsədi istifadəçilərin rahatlığını təmin etmək və tez bir zamanda sığorta məhsulunu əldə etmə, sığorta məhsulları barədə maariflənməyə dəstək olmaqdır.

Yenilənmiş versiya bir sıra üstünlüklərinə görə fərqlənir. İstifadəçilərin zövqünü oxşayacaq fərqli dizayna və peşəkar tələblərə uyğun struktura malik saytın ana səhifəsi tamlıqla yenidən işlənib - artıq ən çox ziyarət olunan və ən faydalı bölmələrə birbaşa giriş mümkündür.

Sığorta məhsulları əldə etmək istəyən müştərilər artıq iş yerlərindən və ya evlərindən ayrılmadan onlayn şəkildə icbari avtomobil və səyahət sığortasını birbaşa əldə edə, həmçinin əmlak və KASKO sığortası üzrə elektron şəkildə müraciət edə biləcəklər.

İstifadəçi rahatlığını təmin edəcək daha bir yenilik sayt ziyarətçilərinin onlayn çat vasitəsilə tibbi sığorta, satış və sığorta hadisələri departamentlərinin əməkdaşları ilə əlaqə saxlayaraq onları maraqlandıran suallara cavab əldə edə bilməsidir.

Müasir dövrdə mobil cihazların geniş istifadəsini nəzərə alaraq PAŞA Sığorta şirkətinin korporativ saytının mobil versiyası da təqdim olunur ki, bu da istifadəçilərə daha çevik şəkildə sığorta xidmətlərindən yararlanma və məlumatlanma imkanı yaradacaq.

Yenilənmiş sayt vasitəsilə müştərilər *7000 qaynar xətti ilə əlaqə saxlamaq üçün zəng sifariş edə bilərlər.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291