SIĞORTA

İşsizlikdən sığorta fondunun büdcəsi məlum oldu
01 NOYABR
322

İşsizlikdən sığorta fondunun büdcəsi məlum oldu

2017-11-01 16:06:00

2018-ci ilin dövlət büdcəsinin  layihəsində ilk dəfə olaraq işsizlik sığortası ilə bağlı mexanizmin tətbiqi üçün vəsait nəzərdə tutulub.

Fins.az məlumatına görə, bu barədə, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinin xülasəsində qeyd edilib.

“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə görə, büdcədən maliyyələşən təşkilatlar və orada işləyənlər üzrə 35452,4 min manat vəsaitin icra ediləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287