SIĞORTA

İcbari avtosığortada kağız müqavilə tarixə qovuşdu
01 NOYABR
449

İcbari avtosığortada kağız müqavilə tarixə qovuşdu

2017-11-01 10:19:00
İcbari avtosığortada son kağız müqavilənin tarixi bitib. Bu barədə Fins.az-a İcbari Sığorta Bürosundan bildirilib. Məlumata görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl (2016-cı il 31 oktyabr, saat 23:59-dək) bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti cari ilin 31 oktyabr tarixində saat 23:59-da bitib. Bununla, kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələri tamamilə dövriyyədən çıxarılıb.
Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri yalnız elektron sənəd formasında bağlanılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291