SIĞORTA

"AzRe Təkrarsığorta" 10 illik yubileyini qeyd edir
31 OKTYABR
543

"AzRe Təkrarsığorta" 10 illik yubileyini qeyd edir

2017-10-31 15:09:00

Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti olan AzRe Təkrarsığorta ASC Baden-Baden 2017 təkrarsığorta simpoziumunda 10 yaşını qeyd etmişdir. Tədbirdə şirkətin yerli və beynəlxalq müştəriləri və partnyorlarının 240-dan çox nümayəndəsi iştirak etmişdir.

Fəaliyyətinə 2007-ci ildə 3 nəfər işçi və 2 000 000 AZN kapitalla başlayan AzRe Təkrarsığorta Şirkətində hal-hazırda özünün 2 törəmə sığorta şirkəti olan Qala Həyat və Qala Sığorta şirkətləri də daxil olmaqla, 173 nəfər əməkdaş çalışır və şirkətlərin kapitalı 80 mln AZN-dən çoxdur.

2014-cü ildən etibarən beynəlxalq A.M. BEST reyting agentliyi tərəfindən “B+” maliyyə stabilliyi reytinqi və “BBB-” kredit reytinqi ilə qiymətləndirilən AzRe, keçmiş Sovet İttifaqı ölkələri ərazisində ən yüksək reytinqə malik təkrarsığorta şirkətlərindən biridir. Bu reytinq şirkətin maliyyə stabilliyini təsdiq etməklə bərabər ölkə hüdudlarından kənarda uğurla fəaliyyət göstərməsinə zəmin yaratmışdır. AzRe hal-hazırda Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, İran, Belarus, Moldova, Özbəkistan sığorta bazarlarında uğurla fəaliyyət göstərir, həmçinin, Yaxın Şərq, Şimali Afrika, Latın Amerikası, Şərqi Asiya regionlarından risklər qəbul edir.

Yerli sığorta bazarının inkişafını özünün prioritet missiyası hesab edən AzRe müntəzəm olaraq beynəlxalq ekspertlər dəvət etməklə sığorta şirkətlərinin əməkdaşlarına sığortanın müxtəlif sahələrində texniki bilik və bacarıqlarının artırılması üçün treninqlər təşkil edir, ölkəmizin adına həyata keçirilən bir sıra beynəlxalq tədbirlərin baş sponsoru qismində iştirak edir.

Şirkətin kollektivi əmindir ki, AzRe göstərdiyi yüksək keyfiyyətli xidmət, maliyyə stabilliyi və həyata keçirdiyi sosial tədbirlər sayəsində yerli sığorta bazarının əsas təkrarsığorta tərədaşı olaraq qalacaqdır və ölkəmizin yerləşdiyi regionun mühüm təkrarsığortaçısına çevriləcəkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291