SIĞORTA

Sığorta şirkətlərinə “Yol xəritəsi” – RİSKSİZ 110 MİLYONLUQ GƏLİR
30 OKTYABR
215

Sığorta şirkətlərinə “Yol xəritəsi” – RİSKSİZ 110 MİLYONLUQ GƏLİR

2017-10-30 10:11:00

Bu ilin yanvar-sentyabr ayları üzrə ən aşağı riskə sahib sığorta növləri məlum olub. Fins.az-ın araşdırmasına görə, 10 sığorta növü üzrə zərərlilik 12-0% arasındadır. 10 sığorta növü üzrə isə sığorta şirkətləri yığım etsələr də, hər hansı ödəniş etməyiblər. Başqa sözlə, 112 milyon manat sığorta haqqı qarşılığında cəmi 7 milyon manat və yaxud 6,6% ödəniş ediblər. Riskləri ən aşağı sığorta növləri arasında həm könüllü, həm icbari, həm də həyat sığorta növləri yer alıb. Siyahıda zərərliliyin həcminə görə, birinci 12,3% göstərici ilə danışmaz əmlakın icbari sığortasıdır. Ən aşağı göstərici isə hava nəqliyyatı vasitələrinin sığortasındadır. Belə ki, bu sığorta növü üzrə toplanan hər 100 manata görə, cəmi 20 qəpik ödəniş edilib.

Qeyd edək ki, təhlil sığorta şirkətləri üçün inkişaf üzrə “Yol Xəritəsi” ola bilər. Tam siyahı və göstəricilər belədir:

Sığorta növü

Yığım

Ödəniş

Zərərlilik

1

daşınmaz əmlakın icbari sığortası

19,079,485.08

2,353,539.39

12.3%

2

daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

210,114.53

22,833.47

10.9%

3

sağalmaz xəstəliklərdən sığorta

100,411.90

9,850.00

9.8%

4

avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

1,070,685.42

89,872.60

8.4%

5

ümumi mülki məsuliyyətin sığortası

8,280,028.35

658,732.98

8.0%

6

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

28,332,021.57

2,220,000.72

7.8%

7

əmlakın yanğından və digər risklərdən sığortası

29,426,052.07

1,956,136.64

6.6%

8

kənd təsərrüfatı heyvanlarının sığortası

1,962,015.32

44,238.01

2.3%

9

yüklərin (nəqliyyat) sığortası

2,300,686.07

36,976.02

1.6%

10

işəgötürənin məsuliyyət sığortası

1,012,838.52

7,526.81

0.7%

11

hava nəqliyyatı vasitələrinin sığortası

10,369,001.53

15,594.00

0.2%

12

peşə məsuliyyətinin sığortası

1,749,355.80

500.00

0.0%

13

əmək qabiliyyətinin sığortası

1,006,341.50

0.00

0.0%

14

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

273,381.63

0.00

0.0%

15

su nəqliyyat vasitələrinin sığortası

7,087,387.70

0.00

0.0%

16

pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta

48,892.00

0.00

0.0%

17

su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

231,003.41

0.00

0.0%

 

işin dayanması ilə bağlı risklərdən sığorta

9,269.60

0.00

0.0%

18

MM deputatların icbari şəxsi sığortası

96,750.00

0.00

0.0%

19

auditorların peşə məsuliyyətinin icbari sığortası

7,644.50

0.00

0.0%

20

sərnişinlərin icbari fərdi qəza sığortası

81,464.00

0.00

0.0%

21

Cəmi

112,734,830.50

7,415,800.64

6.6%

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291