SIĞORTA

“Standard Insurance” 8 ilin ən yüksək mənfəətini əldə etdi
27 OKTYABR
625

“Standard Insurance” 8 ilin ən yüksək mənfəətini əldə etdi

2017-10-27 12:38:00
ASC “Standard Insurance” Sığorta Şirkəti son illərin ən yüksək mənfəətini əldə edib. “Standard Insurance” Sığorta Şirkəti 2017 – ci ilin Yanvar – Sentyabr ayları (9 ayı) üzrə fəaliyyətinin maliyyə nəticələrini açıqlayıb. Sığorta şirkətindən Fins.az-a verilən məlumata görə,  həmin dövr üzrə ASC “Standard Insurance” Sığorta Şirkətinin gəlirləri 14 588 839,50  manatxərcləri isə 13 135 479,26  manat təşkil edib. Şirkət 9 ayı 1 453 360,2 manat mənfəətlə başa vurub. Bu isə Şirkətin 2009 – cı ildən sonrakı dövr ərzində əldə etdiyi ən yüksək mənfəət rəqəmidir. 
Qeyd edək ki,  “ Standard İnsurance” Sığorta Şirkəti artıq 15 ildir ki, fəaliyyət göstərir. 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291