SIĞORTA

Ən zərərli sığorta növləri məlum oldu – SİYAHI
27 OKTYABR
277

Ən zərərli sığorta növləri məlum oldu – SİYAHI

2017-10-27 10:46:00

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-sentyabr ayları üzrə sığorta bazarı üzrə nəticələri açıqlayıb.

Fins.az hesabata istinadən Azərbaycanda ən zərərli sığorta növlərini araşdırıb. Məlum olub ki, son statistikaya əsasən ən zərərli sığorta növü işçilərin dələduzluğu sığortasıdır. Ən zərərli sığorta növləri arasında 1,5 dəfə ilə yük daşıyanın mülki məsuliyyətinin sığortası 2-ci olub.

Statistika sığorta şirkətlərinin kənd təsərrüfatı sığortasına yaxın durmamalarının səbəbini də göstərib. Belə ki, əkin sahələrini sığortalayan şirkətlər yığdıqlarından 7,2% artıq ödəniş həyata keçiriblər. Daha çox yatırım imkanı kimi çıxış edən həyatın yaşam sığortası isə 88,4% göstərici ilə 4-ci olub. Tibbi sığorta üzrə isə şirkətlər yığdıqları hər 100 manatın 64,8 manatını ödəniş olaraq müştərilərinə verib. Tam siyahı belədir: 

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

Zərərlilik

işçilərin dələduzluğu sığortası

668 738,63

1 719 220,00

257,1%

yük daşıyanın mülki məsuliyyətinin sığortası

28 909,49

45 935,99

158,9%

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

1 324 136,01

1 419 365,96

107,2%

həyatın yaşam sığortası

98 672 867,67

87 197 060,69

88,4%

tibbi sığorta

64 981 929,26

42 117 391,83

64,8%

hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

5 603 364,00

3 270 450,00

58,4%

Kasko

16 894 267,56

8 370 906,93

49,5%

Icbari avtosığorta

71 877 752,01

31 945 613,98

44,4%

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287