SIĞORTA

Qəza yerindən avtomobili uzaqlaşdırmaq olarmı? Sığorta və DYP ilə problemlər
24 OKTYABR
521

Qəza yerindən avtomobili uzaqlaşdırmaq olarmı? Sığorta və DYP ilə problemlər

2017-10-24 10:58:00

Bu gün bir çox sürücülər avtomobillərin adi toqquşma zamanı belə yolun ortasında saxlayır və hadisə yerini tərk etmirlər. DYP, sığorta şirkətinin nümayəndəsini gözləyirlər. Bəs əslində necə olmalıdır? Qəza baş verdikdən sonra, hadisə yerindən avtomobili uzaqlaşdırmaq qayda pozuntusu hesab edilirmi?

Yəqin yol gedəndə birdən avtomobillərin çox aşağı sürətlə getdiyini görmüsünüz. Yaxınlaşanda iki avtomobil qəza etdiyi, sürücülərin yolun ortasında durduğunu və hadisə yerinə DYP inspektorunun gəlişini gözlədiyinə şahid olmusunuz. Bəs əslində necə olmalıdır ?

Qəza baş verirsə, DYP-ni hansı halda çağırmırsınız?

Əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün DYP-ə  gəlməlidirlər. Sığorta dili ilə desək 1000 manat civarında baş verən hadisələr də hətta Forma4 də belə ehtiyac yoxdur. Sadəcə hadisə baş verəndə DYP-ə məlumat verib, sonra idarəyə gedin. Saatlarla başqa hərəkət iştirakçılarına manə yaratamayın. DYP-ə məlumat verdikdən sonra, heç kim sizi hadisə yerini tərk etməkdə ittiham edə bilməz.

Qəza baş verirsə, avtomobili yoldan çəkə bilərəmmi?

Hər şeyin qaydası var. Amma sığorta əməkdaşları daim bir söz deyir: Sən avtomobilin yerini dəyişdirdiyinə görə sənə sığorta ödənişi düşmür. Qanuna baxmaq lazımdır : "Yol hərəkəti haqqında" Qanun 37-ci maddə, IV bənd:  başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.

Əgər siz hadisə yerindəsinizsə və sizin smartfonunuz varsa, dərhal kameranı açıb hadisənin bütün rakurslardan şəklini çəkin və daha sonra yolu boşaldın. DYP inspektoru və sığortaçı bu şəkilləri qəbul etməyə borcludur. Lakin, DYP ilə az halda, sığortaçı ilə isə çöx böyük problem yaşaya bilərsiniz.

Qəza yerindən avtomobili kənara çəksəm, sığorta ödənişdən imtina edə bilərmi?

Gəlin, qaydalarla tanış olaq. Nə zaman sığorta şirkəti ödənişdən imtina edə bilər?

Sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması
ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydalara riayət edilmədikdə; Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydalarla  müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;

Bəs bu istisna qaydalar hansılardır?

Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə
ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;

Deməli, hadisə zamanı siz hərəkətə mane olmamaq üçün şəkiləri çəkdikdən sonra avtomobili oradan kənarlaşdırırsınızsa və bu zaman hadisə baş verdiyi an dəymiş zərər eyni cür qalırsa, o zaman sığorta sizə heç nə deyə bilməz. Üstəgəl hadisə zamanı DYP-nin çəkdiyi sxem, sizin lentə aldığınız foto və video avtomobili qiymətləndirməyə imkan verir. Ona görə qəza baş verəndə ağır fəsadlar yoxdursa, günahkar bəllidirsə, tıxac yaratmayın şəklinizi, videonuzu çəkib yolu boşaldın.

©avtostop.tv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287