SIĞORTA

“Kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi”
20 OKTYABR 2017
458

“Kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi”

2017-10-20 16:44:00

Kənd təsərrüfatı sığortasının inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, xüsusilə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş “Kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi”, bu sahədə yeni qanun layihəsinin hazırlanması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrindən ibarət işçi qrup Beynəlxalq Maliyyə Korporasiyasının mütəxəssisləri ilə birgə qanun layihəsinin yekun versiyası üzrə müzakirələr aparıblar.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, hazırlanan yeni qanun layihəsi ölkəmizdə aqrar sığortanın təkmilləşdirilməsini, müasir aqrar-sığorta modelinin hazırlanmasını, bu sistemin səmərəli fəaliyyəti üçün müvafiq hüquqi-normativ bazanın təşkil olunmasını və texniki bazanın yaradılmasını ehtiva edir.

Sığortanın kənd təsərrüfatında geniş tətbiqi ölkədə müvafiq sahə üzrə maliyyə resurslarına çıxış imkanlarını təkmilləşdirəcək, aqrar sahəyə biznes marağı və investisiyaları təşviq edəcək, eyni zamanda, davamlı inkişaf və dayanaqlılığın artırılmasına, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına və eləcə də, kənd təsərrüfatı məhsullarının ixracına birbaşa təsir göstərəcək.

Yeni qanunun tətbiqi nəticəsində kənd təsərrüfatı sahəsinə xas olan risklərin qiymətləndirilməsini, aqrar sektorun maliyyələşdirilməsinin gücləndirilməsini, o cümlədən şəffaf və maliyyə cəhətdən davamlı olan kənd təsərrüfatı sığortası sisteminin fəaliyyəti kontekstində institusional və insan resursları potensialının inkişaf etdirilməsini özündə ehtiva edən sistemin təşkili üçün müvafiq şərait və zəruri texniki bacarıqlar yaradılacaq.

©  AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256