SIĞORTA

Emil Ağasıyevi təbrik edirik! - "Amrah Sığorta"
19 OKTYABR
972

Emil Ağasıyevi təbrik edirik! - "Amrah Sığorta"

2017-10-19 10:55:00

Okyabr ayının 19-u “Amrah Sığorta” şirkətinin idarə heyətinin sədri Ağasıyev Emil Aydın oğlunun doğum günüdür. Fins.az bu münasibətlə sığorta şirkətinin rəhbərini təbrik edir və fəaliyyətində uğurlar arzulayır! 

 Xatırladaq ki, Emil Ağasıyev 19.10.1976-cı ildə Bakı şəhərində anadan olub. 1994-1998-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünaslıq fakultəsinə təhsil alıb. İş həyatına 1998-ci ildən başlayıb. Bir çox özəl şirkət və bank sektorunda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Son olaraq bank filialının müdiri vəzifəsində çalışıb.

Hüquq və maliyyə sferasında 10 ildən artıq iş təcrübəsinə malik olduğundan “Amrah Sığorta” ASC-də rəhbər vəzifəyə dəvət olunub.

01.09.2009-cu il tarixdə “Amrah Sığorta” ASC-də İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilib. 28.01.2011-ci il tarixindən isə sığorta şirkətinin idarə heyətinin sədri seçilib və hazırda bu vəzifədə çalışır.

Hal-hazırda evlidir və 2 övladı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285