SIĞORTA

“AXA Mbask”da kadr dəyişikliyi olub
18 OKTYABR
509

“AXA Mbask”da kadr dəyişikliyi olub

2017-10-18 17:24:00

AXA Mbask Sığorta Şirkəti ASC-də kadr dəyişikliyi olub.

Sığorta şirkətindən mənbəyə verilən məlumata görə, bununla bağlı qərar “AXA Mbask”ın səhmdarlarının oktyabrın 16-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.

Qərara əsasən, şirkətin Təftiş Komissiyasının üzvü Ender Ertuğralın yerinə Sami Acarözmen təyin edilib.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291