SIĞORTA

Avtomobil sığortasında nə dəyişib? – TƏHLİL
13 OKTYABR
350

Avtomobil sığortasında nə dəyişib? – TƏHLİL

2017-10-13 12:10:00

Azərbaycan avtomobil sığortası bazarı bu ilin yanvar-avqust aylarında böyüyüb. Fins.az-ın son statistika üzrə apardığı təhlil göstərir ki, ölkədə avtomobil sığortası bazarı 7,4 % artıb.       

Bazarın 21,6%-i avtomobil sığortasına aid olub

Belə ki, sığorta şirkətləri yanvar-avqust aylarında avtomobillərin icbari sığortası, kasko və könüllü məsuliyyət sığortası üzrə  79,679 milyon manat sığorta haqqı toplaya bilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 74,215 milyon manat təşkil etmişdi. 

Avtomobil sığortasında yığımlarla yanaşı, ödənişlər 1,8% artıb. 8 aylıq nəticələrə əsasən, sığorta şirkətləri 35,672 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən ilin eyni dövründə isə bu rəqəm 35,058 milyon manat olmuşdu. 

Avtomobil sığortası

Yığım

 

Ödəniş

 

Tarix

2017/8 ay

2016/8 ay

2016/8 ay

2016/8 ay

Bazar payı

21,6%

20,8%

21,4%

25,6%

Kaskoda yenidən geri sayım davam edir

Sığorta şirkətlərinin kasko kampaniyaları özünü doğrultmur. Avtomobillərin könüllü sığortasında yenidən geri sayım başlayıb. Belə ki, ötən ilin yanvar-avqustaylarında sığorta şirkətləri 15,166 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu ilin eyni dövründə isə könüllü avtomobil sığortasından 14,244 milyon manat sığorta haqqı yığılıb. Başqa sözlə, kasko sığorta üzrə yığımlar 6,1 % azalıb.

Kasko üzrə ödənişlər isə 9,789 milyon manatdan 7,392 milyona düşüb – yəni 55,7% azalma qeydə alınıb.

 İcbari avtomobil sığortasında artım olub

Sığorta sektorunun dayaq sütunlarından olan icbari avtomobil sığortasında isə yığımlar artıb. Statistikaya əsasən 2017-ci ilin yanvar-avqust aylarında  icbari  avtomobil sığortası üzrə yığımların həcmi 64,687 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.(2016-ci ilin yanvar-avqustayları üzrə 57,990 milyon manat). 

Bu növ üzrə sığorta ödənişləri 11,8% artaraq 28,202 milyon manat olub. Ötən ilin eyni dövründə 25,223 milyon manat təşkil etmişdi.

Könüllü məsuliyyət sığortası da azalıb

Kasko sığorta ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da azalıb. Sığorta şirkətləri bu növ üzrə  ötən ilin 8 ayında 1,058 milyon manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 29,5% azalaraq 746,585 min manat təşkil edib.  

Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər də, 18,6% azalaraq 77,262 min manat olub.

Avtosığortada ödəniş xərcləri aşağı düşüb

Sektor üzrə aparıcı növ olan avtomobillərin icbari sığortasında yığımların xeyli artması bazar üzrə zərərlilik göstəricisini aşağı salıb. Belə ki, şirkətlər  avtomobil sığortasından topladıqları hər 100 manatdan 44,7 manatını ödəniş olaraq müştərilərə geri qaytarıblar. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 47,2 manat təşkil etmişdi.

Sığorta növləri

Yığım

Yığım dinamikası

2017/8ay

2016/8ay

Kasko

14244819,22

15166715,68

-6,1%

Avto. mülki məsuliyyət.könüllü sığortası

746 585,40

1 058 667,22

-29,5%

İcbari avtomobil sığortası

64 687 862,58

57 990 143,72

11,5%

Cəmi

79 679 267,20

74 215 526,62

7,4%

Bazar üzrə ümumi yığımlar

368 915 448,98

356 180 209,27

3,6%

Sığorta növləri

Ödəniş

Ödəniş dinamikası

2017/8 ay

2016/8 ay

Kasko

7392624,69

9 739 673,87

55,7%

Avto. mülki məsuliyyət.könüllü sığortası

77 262,60

94 868,34

-18,6%

İcbari avtomobil sığortası

28 202 690,48

25 223 647,04

11,8%

Cəmi

35 672 577,77

35 058 189,25

1,8%

Bazar üzrə ümumi ödənişlər

167 060 917,49

136 771 501,69

22,1%

Müəllif:  Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296