SIĞORTA

Azərbaycanda ilk dəfə mühərrik yağları sığortalandı
12 OKTYABR
176

Azərbaycanda ilk dəfə mühərrik yağları sığortalandı

2017-10-12 09:28:00

Technol şirkəti ilə PAŞA Sığorta arasında bağlanan məsuliyyət sığortası müqaviləsinə əsasən Azərbaycanda ilk dəfə olaraq mühərrik və sürtkü yağları sığortalanıb. Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta müqaviləsinə əsasən Technol mühərrik və sürtkü yağları istifadə olunan avtomobil mühərrikləri və bu yağların istifadə olunduqları digər texniki vasitələrdə məhsuldan hər hansı problem yaranarsa, zərər PAŞA Sığorta tərəfindən qarşılanır.

İstehlakçılar sığorta predmeti olan məsələlərlə bağlı 0124040444 nömrəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, bu müqavilə ilə ilk dəfə olaraq Azərbaycanda mühərrik yağları istehsalçısı öz müştərilərinə sığortalanmış məhsul təqdim etmiş olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296