SIĞORTA

“Atəşgah Sığorta” yayılan məlumatları təkzib etdi
09 OKTYABR
365

“Atəşgah Sığorta” yayılan məlumatları təkzib etdi

2017-10-09 10:14:00

Bir sıra kütləvi informasiya vasitələrində “Atəşgah Sığorta Agentliyi” MMC –nin ləğvinə dair yayımlanan elanla əlaqədar bildirmək istərdik ki, bu məlumatın “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinə heç bir aidiyyatı yoxdur. Bu barədə Fins.az-a sığorta şirkətindən bildirilib. Açıqlamada bildirilib ki, hər iki şirkətin fəaliyyətində heç bir dəyişiklik yoxdur. Şirkətlərin iş rejimi B.e.- Cümə günləri saat 9.00-dan 18.00-dək olsa da müştərilərin rahatlığını təmin etmək məqsədilə nahar fasiləsi zamanı da xidmət göstərilir.      

 Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis edilib. 2016-cı ilin nəticələrinə görə, Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN olub. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir. “Atəşgah” SQ regionlarda 14, Bakıda isə 10 filialı fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296