SIĞORTA

Xərci borcunu ödəməyən sığorta şirkətləri – RENKİNQ
25 SENTYABR
496

Xərci borcunu ödəməyən sığorta şirkətləri – RENKİNQ

2017-09-25 17:46:00

 Bu ilin 8 ayı üzrə sığorta şirkətlərinin yığım-ödəniş göstəriciləri açıqlanıb. Fins.az hesabata əsasən sığorta şirkətlərinin zərərlilik üzrə renkinqini hazırlayıb. Məlumata görə, hazırda ən zərərli sığorta şirkəti bazarın autsayderi “Amrah Sığorta” şirkətidir. Belə ki, sığorta şirkəti yığımlarında 4,1 dəfə artıq ödəniş edib. Ən zərərli sığorta şirkətləri sırasında fəaliyyətini dayandıran, yalnız öhdəliklərin icrası ilə məşğul olan “Başak İnam Sığorta” şirkəti 2-ci olub.  Tibbi sığorta ödənişlərinin yüksək olması “A Qroup”u siyahıda 3-cü edib. “Atəşgah Həyat” topladığından 41,6% əlavə ödənişlə 4-cü, “Rəvan Sığorta” isə 11,7% əlavə ödənişlə 5-ci olub.  Tam siyahı belədir:

 

Sığortaçının adı

Zərərlilik

“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti

4,1 dəfə

“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

175,2%

“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

158,9%

“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

141,6%

“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti

111,7%

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

100,5%

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

61,5%

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

55,0%

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

51,0%

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti

46,9%

“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

43,9%

“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

40,5%

“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti

38,3%

“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti

35,1%

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti

33,3%

“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

33,1%

“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti

18,4%

“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti

15,9%

"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti

13,1%

“İPƏK YOLU SIĞORTA” ASC

9,8%

“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti

8,7%

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti

2,5%

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297