SIĞORTA

“Sığorta ödənişinin təmirlə əvəzlənməsi hər iki tərəfi qane edəcək” – AÇIQLAMA
19 SENTYABR
1631

“Sığorta ödənişinin təmirlə əvəzlənməsi hər iki tərəfi qane edəcək” – AÇIQLAMA

2017-09-19 13:03:00

Xəbər verdiyimiz kimi, avtomobillərin icbari sığortası üzrə ödənişlərin birbaşa təmirlə əvəzlənməsi müzakirə olunur və bununla bağlı qanuna dəyişiklik ediləcəyi gözlənilir. “AtaSığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Orxan Məmmədov Fins.az-a müsahibəsində yeniliyə müsbət yanaşdığını açıqlayıb:”Böyük sığorta bazarlarına diqqət yetirsək, məsələn Türkiyənin misalında sığorta şirkətlərinin dilerlər və təmir müəssisələri ilə müqavilələri var. Vətəndaşa heç bir halda nağd ödəniş verilmir”.

Onun sözlərinə görə, bu həm avtomobillərə dəymiş zərərin aradan qaldırılmasına xidmət edir, həm də qiymətləndirmədə narazılıqları həll edir:”Bəzən təcrübədə görürük ki, avtomobil sahibi ödənişi bizdən alır, amma avtomobili təmir etdirmir və 2-ci, 3-cü hadisədən sonra eyni qəzaya görə bizdən yenidən ödəniş almağa çalışır. Amma proqram təminatı bu halları aşkarlamağa imkan verir”. O. Məmmədov bildirib ki, təmir məsələsi birbaşa bu tipli problemləri aradan qaldıracaq. Digər tərəfdən peşəkar servislər sığorta kanalı vasitəsilə müraciətlərin artacağına görə, bu əməkdaşlıqda maraqlı olacaqlar: “Xərclərini optimallaşdıra və sığorta şirkətlərinə daha kefiyyətli xidmət təklif edə biləcəklər. Bu gün peşəkar servislərdə qiymətlər nisbətən yüksəkdir. Bu da onların müəyyən keyfiyyət və təhlükəsizlik standartlarına malik olmaları ilə bağlıdır. Digər servislərdə isə belə standartlara əməl edilmir və nəticədə haqsız rəqabət üstünlüyü əldə edirlər. Müştərilərin artması ilə keyfiyyətli xidmət göstərən servislər daha yaxşı işləyəcəklər. Digər servislər isə yeni rəqabət mühitinə uyğun olaraq kefiyyəti artırmağa çalışacaqlar”.

Digər tərəfdən, nağd ödənişin təmirlə əvəz olunması sığorta şirkətlərinin təmir xərclərini aşağı salacaq, əlavə xərclərdən xilas edəcək: “Düşünürəm ki, yenilik tətbiq edilərsə, bunun müsbət təsirləri olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297