SIĞORTA

Ən çox qazandıran sığorta növləri – SİYAHI
15 SENTYABR
416

Ən çox qazandıran sığorta növləri – SİYAHI

2017-09-15 14:20:00

Fins.az 2017-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarı üzrə hesabata əsasən zərəri sıfıra bərabər sığorta növlərinin siyahısını hazırlayıb. Məlumata görə, bu ilin 7 ayında sığorta şirkətlərinə ən çox gəlir gətirən sığorta növü su nəqliyyatı vasitələrinin sığortası olub. Yəni, şirkətlər 1 qəpik belə ödəmədən bu sığorta növündən 5,7 milyon manat qazanıblar. Ən çox qazandıran 2-ci sığorta növü peşə məsuliyyətinin sığortası olub-1,6 milyon manat. Əmək qabiliyyətinin sığortası 633 min manatla siyahıda 3-cü, qatarların sığortası 273 min manatla 4-cü, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası isə 162 min manat sığorta haqqı ilə 5-ci olub. Tam siyahı belədir:

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

 Zərərlilik

su nəqliyyat vasitələrinin sığortası

5.776.027,08

0

0,00%

peşə məsuliyyətinin sığortası

1.699.774,10

0

0,00%

əmək qabiliyyətinin sığortası

633.375,20

0

0,00%

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

273.381,63

0

0,00%

su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

162.975,41

0

0,00%

sərnişinlərin icbari fərdi qəza sığortası

64.469,00

0

0,00%

MM deputatların icbari şəxsi sığortası

24.485,00

0

0,00%

işin dayanması ilə bağlı risklərdən sığorta

9.269,60

0

0,00%

auditorların peşə məsuliyyətinin icbari sığortası

7.072,00

0

0,00%

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294