SIĞORTA

Azərbaycanda ən zərərli sığorta növləri –TOP 5
15 SENTYABR
560

Azərbaycanda ən zərərli sığorta növləri –TOP 5

2017-09-15 12:11:00

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-iyul ayları üzrə sığorta bazarı üzrə nəticələri açıqlayıb.

Fins.az hesabata istinadən Azərbaycanda ən zərərli 10 sığorta növünü araşdırıb. Məlum olub ki, son statistikaya əsasən ən zərərli sığorta növü kredit sığortasıdır. Belə ki, bu ilin 7 ayı ərzində bu növ üzrə sığorta haqqı toplanılmasa da, 4 133 manat sığorta ödənişini həyata keçirilib. Ən zərərli sığorta növləri arasında 2,6 dəfə ilə işçilərin dələduzluq sığortası 2-ci, yük daşıyanın məsuliyyət sığortası isə 1,6 dəfə ilə 3-cü olub.

Statistika sığorta şirkətlərinin kənd təsərrüfatı sığortasına yaxın durmamalarının səbəbini də göstərib. Belə ki, əkin sahələrini sığortalayan şirkətlər yığdıqlarından 4,8% artıq ödəniş həyata keçiriblər. Daha çox yatırım imkanı kimi çıxış edən həyatın yaşam sığortası isə 85,1% göstərici ilə 5-ci olub. Tam siyahı belədir:

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

 Zərərlilik

kreditlərin sığortası

0,00

4.133,64

 

işçilərin dələduzluğu sığortası

655.851,63

1.719.220,00

2,6 dəfə

yük daşıyanın mülki məsuliyyətinin sığortası

27.479,49

45.935,99

1,6 dəfə

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

1.341.350,01

1.405.365,96

104,8%

həyatın yaşam sığortası

79.771.370,80

67.865.264,84

85,1%

hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

3.712.204,00

2.688.000,00

72,4%

tibbi sığorta

54.965.031,23

30.063.065,14

54,7%

avtonəqliyyat vasitələrinin sığortası

12.230.461,35

6.576.655,02

53,8%

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

55.449.138,15

23.688.472,73

42,7%

hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

4.452.009,20

1.532.610,00

34,4%

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287