SIĞORTA

İSB sığortalılar üçün istifadəçi kabinetini yaradır
11 SENTYABR
214

İSB sığortalılar üçün istifadəçi kabinetini yaradır

2017-09-11 16:54:00

İcbari Sığorta Bürosu sığortalılar üçün virtual rejimdə fəaliyyət göstərəcək mərkəzləşdirilmiş istifadəçi kabinetinin yaradılması və tətbiqi konsepsiyası üzərində işə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə məlumat İcbari Sığorta Bürosunun dərc etdiyi yarımillik hesabatda yer alıb.

“Bütün xidmət sahələrində olduğu kimi, sığorta sahəsində də istifadəçilərin istək və ehtiyaclarının çevik şəkildə təmin edilməsi vacibdir. Büro hesab edir ki, vətəndaşlar öz icbari sığorta müqavilələri və onların vəziyyətinə dair operativ qaydada xronoloji və cari məlumat əldə etmək, təqdim etdiyi sığorta tələblərinin icra statusunu izləmək, həmçinin sığortaçı, vasitəçi və tənzimləyici ilə əks əlaqə yaratmaq imkanına malik olmalıdır. Sadalananlara nail olmaqdan ötrü Büro sığortalılar üçün virtual rejimdə fəaliyyət göstərəcək mərkəzləşdirilmiş istifadəçi kabinetinin yaradılması və tətbiqi konsepsiyası üzərində işə başlayıb. Hazırda onlayn kabinetə giriş zamanı istifadə olunacaq autentifikasiya üsulları, təqdim olunacaq alətlər çeşidi və funksionallıq dəqiqləşdirilir”, - deyə məlumatda vurğulanıb.

Sənəddə qeyd olunub ki, istifadəçi kabineti vasitəsilə sığortalılar icbari sığorta ilə bağlı bütün əməliyyatları heç bir yerə getmədən, eyni mərkəzdən idarə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293