SIĞORTA

Sığorta bazarı geriləməkdə davam edir
11 SENTYABR
213

Sığorta bazarı geriləməkdə davam edir

2017-09-11 16:43:00
2017-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri tərəfindən 322 milyon 830 min 59 manat sığorta haqqı toplanmışdır. 
Maliyyə Bazarlarına Nəzraət Palatasından Fins.az daxil olmuş məlumata görə, həmin dövr ərzində isə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 144 milyon 8.840 manat təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycanın 25 sığorta şirkəti tərəfindən 325 milyon 336 min manat sığorta haqları toplanmış, 119 milyon 32 min manat sığora ödənişləri həyata keçirilmişdi.
Cari ilin ilk 7 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,333 manat artaraq 223,458 manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 25,476 manat artaraq 113 milyon 320 min manata yüksəlib.
2017-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294