SIĞORTA

İşçilərini sığortalayanlar azalır – MƏNFİ TREND
11 SENTYABR
170

İşçilərini sığortalayanlar azalır – MƏNFİ TREND

2017-09-11 12:12:00

Cari ilin ilk 6 ayı ərzində həyat sığortası üzrə fəaliyyət göstərən iştirakçı sığorta şirkətləri tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə 6880 sığorta müqaviləsi bağlanmışdır. Bu, ötən ilin eyni dövrü üzrə göstəricidən (7118 müqavilə) 3,34% azdır. Fins.az bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.

Hesabat dövrü ərzində bu icbari növ üzrə sığorta şirkətlərinə daxil olmuş sığorta haqlarının məbləği 14 428 091 manat təşkil etmişdir. Bu, ötən ilin eyni dövrü üzrə göstəricidən (15 611 942 manat) 7.58% azdır.

Hesabat dövründə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə sığorta ödənişlərinin məbləği 1 328 492 manat olmuşdur. Müqayisə üçün, ötən ilin eyni dövrü üzrə bu göstərici 1 667 804 manat təşkil etmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294