SIĞORTA

İcbari sığortadan yığılan pullar azalıb
11 SENTYABR
136

İcbari sığortadan yığılan pullar azalıb

2017-09-11 11:59:00

Cari ilin ilk 6 ayı ərzində icbari sığorta növləri (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” istisna olmaqla) üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə 618 773 müqavilə bağlanıb. Fins.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü üzrə göstəricidən (571 987 müqavilə) 8,18% çoxdur. Hesabat dövrü ərzində bu icbari növlər üzrə sığorta şirkətlərinə daxil olmuş sığorta haqlarının məbləği 56 748 113 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü üzrə göstəricidən (58 072 729 manat) 2.28% azdır. Hesabat dövrü ərzində ayrı-ayrı icbari sığorta növləri üzrə müqavilə sayı və sığorta haqlarının məbləği aşağıda qrafiklərdə əks olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294