SIĞORTA

“Günay Sığorta”da 13 dəfə artım
11 SENTYABR
201

“Günay Sığorta”da 13 dəfə artım

2017-09-11 11:35:00

Günay Sığorta” şirkəti bu ilin 7 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən Fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 2,6 dəfə artaraq 5 580 112 manat olub. Ötən ilin eyni dövründə isə bu rəqəm 2 109 397 manat təşkil edib. Sığorta yığımlarının 2 121 601 manatı icbari sığorta növlərinin, 3 458 511 manatı isə könüllü sığorta növlərinin payına düşüb.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 12,7 dəfə artaraq 396 228 manata bərabər olub. 2016-cı ilin 7 ayında isə “Günay Sığorta”nın cəmi ödənişləri 31 063 manat olmuşdu.

Sığorta ödənişlərinin 267 272 könüllü sığorta növlərinin, 128 956 manatı isə icbari sığorta növlərinin payına düşüb.

Sığorta şirkətinin ödənişlərinin kəskin artması zərərlilik göstəricisini də artırıb. Amma bu o qədər də böyük rəqəm deyil. Belə ki, ötən ilin yanvar-iyul aylarında “Günay Sığorta” topladığı hər 100 manatdan 1,4 manatını ödəniş xərclərinə yönəltmişdirsə, bu ilin eyni dövründəə bu rəqəm 7,1 manata qədər yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293